İki qurum birləşdirildi - Hökumət qərarı
    • 2-10-2018, 11:38
    • 1 241

İki qurum birləşdirildi - Hökumət qərarı

Azərbaycan Dövlət Din Tarixi Muzeyinin Azərbaycan İstiqlal Muzeyinə birləşdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

 News24.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Dövlət Din Tarixi Muzeyi Azərbaycan İstiqlal Muzeyinə birləşdirilib.

Mədəniyyət Nazirliyi, Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.