Fəlakətin ən ağrılı anı: Yaşlı cütlük bir-birini qucaqlayaraq...
    • 4-10-2024, 19:34
    • 422

Fəlakətin ən ağrılı anı: Yaşlı cütlük bir-birini qucaqlayaraq...

Florida ştatının Beech Island bölgəsində qasırğanın dağıdıcı təsirləri nəticəsində bir-birini qucaqlayan cütlük ölü tapılıb. 

News24.az xəbər verir ki, Helene qasırğasının sürəti saatda 140 milə çatan küləkləri zamanı böyük bir ağacın damı deşərək otağa düşməsi nəticəsində həyatını itirən Cerri Savic (78) və həyat yoldaşı Marcia Savage (74) son anlarında belə çarpayıda bir-birlərinə sarılıblar. 

Cütlüyün nəvəsi Con Savic bildirib ki, ağac yüksək səslə yıxıldıqdan sonra otağa qaçan zaman tavan uçub və o, ancaq taxta parçaları, çökmüş tavanı görə bilib. "O an sadəcə çaxnaşma içində idim" deyən Con, nənə və babasının bir-birini möhkəm qucaqladıqları halda tapıldığını söyləyib.

Cütlüyün nəvəsi "Babam ağacın sındığını eşidəndə nənəmi qorumaq üçün yuvarlandı" sözlərini deyib.

Məryəm İlhamqızı