-
- 4-10-2024, 13:24
- 421
Həkimə gedən qadın faciə ilə ÜZLƏŞDİ - SƏHV DİAQNOZUN QURBANI OLDU
2022-ci ildə menopoz diaqnozu ilə getdiyi xəstəxanadan ayrılan və aylardır 6 fərqli antibiotik istifadə edən 48 yaşlı qadında vulvar xərçəngi olduğu aşkarlanıb. Yanlış diaqnozun qurbanı olan Co Shaw Pyke 18 ay sonra dəhşətli həqiqətlə üzləşib.
News24.az xəbər verir ki, Pyke xərçəng diaqnozu qoyan həkim, bədbəxt qadının vajinasında demək olar ki, tennis topu böyüklüyündə bir şiş görüb. Şiş Pykenin limfa düyünlərinə yayılıb.
Keçən iyun ayında əməliyyat olunan Şou Payk bu xəstəlikdən xilas olduğunu düşünsə də, yenidən xərçəngə tutulub. Hazırda immunoterapiya müalicəsi alan Pykenin tibbi xərclərini qarşılamaq üçün dostları tərəfindən yardım kampaniyaları təşkil edilir.
Qeyd edək ki, vulva xərçəngi qadınların vulva adlanan xarici genital bölgəsində meydana gələn bir xərçəngdir. Çox rast gəlinən xərçəng növü olmayan vulvar xərçəngi adətən HPV virusu nəticəsində yaranır.
Ən çox görülən vulva xərçəngi simptomlarına cinsiyyət bölgəsində qaşınma, ağrı və şişkinlik daxildir. Vulvar xərçəngi, digər xərçəng növləri kimi, erkən diaqnoz qoyulduqda müalicə edilə bilər.
Günel Məlikzadə