-
- 4-10-2024, 13:28
- 322
42 yaşlı kişi atasını öldürüb, anasını yaraladı
Rizənin Pazar rayonunda Muhammet Ali Canca (42) atası Sami Canca (66) və anası Emine Cancanı naməlum səbəbdən bıçaqlayıb.
News24.az xəbər verir ki, hadisə yerində ağır yaralanan ata Sami Canca xəstəxanaya aparılıb.
Ana Eminə Canca gələn sağlamlıq qrupları tərəfindən ambulator olaraq müalicə olunub.
Qatil şübhəlisi Muhammet Ali Canca hadisə yerindən qaçıb.
Mahalın Zafer məhəlləsinə qaça bilən Canca Pazar İlçe Polis Şöbəsi qrupları tərəfindən tutularaq saxlanılıb.
Ata Sami Canca təcili yardımla aparıldığı Kaçkar Dövlət Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə