Həkimlər uzun ömrün sirrini AÇIQLADILAR
    • 4-10-2024, 15:26
    • 425

Həkimlər uzun ömrün sirrini AÇIQLADILAR

Həyat keyfiyyətini yaxşılaşdıran ən vacib şey yuxu keyfiyyətinin yaxşılaşdırılmasıdır. Yuxu keyfiyyəti ilə şəkər istəyinin əlaqəli olduğunu ifadə edən amerikalı mütəxəssis pis yuxunun diabet, ürək xəstəliyi, yüksək qan təzyiqi, narahatlıq və digər uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.

News24.az xəbər verir ki, mütəxəssislər böyüklərə hər gecə 7-9 saat yatmağı tövsiyə edir. Gecə dərin yuxu əzələləri, sümükləri və toxumaları bərpa etməyə, immunitet sistemini gücləndirməyə, yeni xatirələri emal etməyə və beyni toksinlərdən təmizləməyə kömək edir.

Müəyyən yaşdan sonra hormon dəyişikliyinin əzələ itkisinə səbəb ola biləcəyini deyən mütəxəssislər, güc məşqlərinin həm yağları yandıra biləcəyini, həm də qan şəkərini tarazlaya biləcəyini söyləyir.

Dr. Comite, əzələ itkisini minimuma endirmək üçün həftədə ən azı iki və ya üç dəfə müqavimət məşqləri etməyi və kifayət qədər protein istehlak etməyi tövsiyə edir. Bunların hər biri uzun yaşamağa kömək edir.

Günel Məlikzadə