-
- 4-10-2024, 16:14
- 326
YouTube hesablarına giriş problemi: Kanallar silindi
Google-un məşhur video platforması YouTube, təsadüfən bütün dünyada hesabları qadağan etdiyini açıqlayıb.
News24.az xəbər verir ki, YouTube, siyasət pozuntuları səbəbindən təsadüfən silinən kanallar və qadağan edilmiş hesablar barədə məlumatlı olduğunu söyləyib.
Platforma "kanalları yenidən aktivləşdirmək" və YouTube TV, YouTube Premium və YouTube Music abunəlikləri kimi pullu xidmətlərə girişi bərpa etmək üçün işə başlayıb.
Bu səhvdən təsirlənən istifadəçilər YouTube hesablarına girişi itiriblər və videolara baxa, YouTube Musiqiyə qulaq asa bilmirlər. YouTube Premium abunəçiləri də təsirə məruz qalıb və bəziləri üçün pleylistlər və digər saxlanmış məzmunlar hazırda əlçatan deyil.
Məryəm İlhamqızı