-
- 4-10-2024, 22:47
- 318
Artan vergilər etirazlara SƏBƏB OLDU
Hollandiyada 2026-cı ilə qədər qüvvəyə minəcək plan, geniş çeşiddə mədəni və əyləncə fəaliyyətləri üçün ƏDV-nin 9 faizdən 21 faizə yüksəldilməsini tələb edib.
News24.az Euronews-a istinadla xəbər verir ki, Hollandiyanın yeni hökumətinin kitablara, muzeylərə səfərlərə, otellərin rezervasiyasına və idman tədbirlərinə görə ƏDV-nin artırılması ilə bağlı təklifləri ölkənin mədəniyyət və əyləncə sektorunun sərt etirazına səbəb olub.
May ayında Mark Ruttenin yerinə yeni seçilən baş nazir Dik Şofun rəhbərlik etdiyi Hollandiya hökuməti hesab edib ki, bu artım xəzinədarlığa sosial proqramların və infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün ildə 2,2 milyard avro gəlir gətirəcək.
Amma vergi artımı ölkənin iqtisadi əhəmiyyətli mədəniyyət və əyləncə sektorlarının rəhbərləri tərəfindən tənqid edilib. Bu addımın hələ də pandemiyanın təsirindən qurtulmağa çalışan sektora zərər verəcəyi iddia edilib.
Məryəm İlhamqızı