Ruttenin NATO Baş Katib namizədliyinin dəstəkçiləri
    • 23-02-2024, 09:29
    • 103

Ruttenin NATO Baş Katib namizədliyinin dəstəkçiləri

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi postuna namizədliyini dəstəkləyir.

News24.az xəbər verir ki, ictimaiyyətin səbirsizliklə NATO-nun baş katibi Yens Stoltenberqin yerinə gələcək adı gözlədiyi bir vaxtda, Hollandiyanın baş naziri Mark Rutte NATO-nun baş katibi vəzifəsinin məşhur adına çevrilib.

Adı açıqlanmayan ABŞ rəsmisi bəyan edib ki, ABŞ prezidenti Co Bayden Ruttenin NATO-nun növbəti baş katibi olmasını qətiyyətlə dəstəkləyir.

"Baş nazir Rutte ittifaqın əhəmiyyətini dərindən dərk edir. O, təbii lider və ünsiyyətcildir. Onun rəhbərliyi bu kritik dövrdə alyansa xidmət edəcək" deyə ABŞ rəsmisi bildirib.

Günel Məlikzadə