Mark Rutte NATO-ya rəhbərlik edə bilər
    • 28-11-2023, 11:59
    • 179

Mark Rutte NATO-ya rəhbərlik edə bilər

Hollandiyanın baş naziri Mark Rutte NATO-nun baş katibi postunu tuta bilər. 

News24.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb. 

Onun namizədliyi alyansda dəstəklənir.

NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyətləri bir ildən sonra başa çatır, lakin Brüssel 56 yaşlı Ruttenin 13 ildir Hollandiya hökumətinə rəhbərlik etdiyi üçün “yaxşı danışıq aparan” və “təcrübəli baş nazir” olduğuna inanır.

Bəzi NATO ölkələri hesab edir ki, tarixdə ilk dəfə alyansa qadın rəhbərlik etməlidir. Hələlik yalnız Estoniyanın baş naziri Kaja Kallas baş katib postunu tutmağa hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Stoltenberq 2024-cü il oktyabrın 1-dək NATO-nun baş katibi vəzifəsində qalacağını təsdiqləyib. Qərar iyulun 11-12-də Vilnüsdə keçirilən sammitdə təsdiqlənib.

Aynurə