-
- 4-10-2024, 23:13
- 388
Okan Buruk üzr istədi
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Avropa Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində RFŞ-lə heç-heçə etdikləri matç haqqında danışıb.
News24.az QOL.az-a istinadla xəbər verir ki, İstanbul təmsilçisi oyunda 2:0 hesabı ilə öndə olsa da, RFŞ 2 dəfə fərqlənib və görüş bərabərliklə yekunlaşıb.
Okan Buruk buna görə "Qalatasaray" azarkeşlərindən üzr istəyib: "Məyusuq. Üzr istəyirik. Bizə yaraşmayan bir nəticə göstərdik. 2:0 hesabı ilə önə keçdiyimiz üçün qələbə qazanacağımızı düşünərək eyforiyaya qapıldıq. Rəqibə ciddi yanaşmalı olduğumuz anlar var idi. Bunu bacarmadıq. Konsentrasiya əksikliyi bizi cəzalandırdı".
Qeyd edək ki, 2 oyundan sonra "Qalatasaray" Avropa Liqasının turni cədvəlində 4 xalla 8-cidir.