-
- 30-08-2024, 08:33
- 384
"Qalatasaray" rəsmiləri Okan Burukla bağlı yekun qərarı açıqlayıblar
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Yanq Boyz"a məğlub olan "Qalatasaray"ın baş məşqçisi Okan Burukla bağlı klub rəsmilərinin yekun qərarı bəlli olub.
News24.az oxu.az-a istinadən xəbər verir ki, klub rəsmiləri təcrübəli çalışdırıcı ilə yola davam etmək istədiklərini bildiriblər.
Qeyd edək ki, "Yanq Boyz"a iki oyunun nəticəsinə görə 2:4 hesabı ilə məğlub olan "Qalatasaray" yoluna UEFA Avropa Liqasında davam edəcək.