Muslera "Young Boys" matçında oynaya biləcək?
    • 26-08-2024, 09:20
    • 530

Muslera "Young Boys" matçında oynaya biləcək?

"Qalatasaray" futbolçusu Fernando Musleranın səhhətinə aydınlıq gəlib

News24.az xəbər verir ki, nəzarətləri heç bir problem aşkar etməyən Muslera son məşqdə komanda ilə birlikdə çalışıb.

38 yaşlı futbolçu İsveçrə yığmasına qarşı oynaya biləcək.

Lakin, Davinson Sançesin zədəsi davam edir. Sarı-qırmızılı komandadan Abdulkerim Bardakcı cəzalı. Baş məşqçi Okan Buruk cəzalı olduğu üçün ilk matçda olduğu kimi ehtiyat oyunçular skamyasında ola bilməyəcək.

Xatırladaq ki, "Qalatasaray" ilk oyunda "Young Boys"a 3:2 hesabı ilə uduzub. Çərşənbə axşamı, 22-də Rams Parkda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu keçiriləcək.

Günel Məlikzadə