-
- 9-05-2024, 22:20
- 441
UEFA Okan Burukun cəzasını təsdiqlədi
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə “Sparta Praqa”ya 4:1 hesabı ilə məğlub olan “Qalatasaray” turnirlə vidalaşıb.
News24.az xəbər verir ki, matçın sonunda hər iki komanda arasında gərginlik yaşanıb və sarı-qırmızılıların çalışdırıcısı Okan Buruk qırmızı vərəqə alaraq UEFA tərəfindən 2 oyunluq cəzalanıb.
"Qalatasaray"ın bu qərara etiraz etdiyi, ancaq UEFA-nın verdiyi açıqlamaya görə, bu cəzanın təsdiqləndiyi öyrənilib.
UEFA-nın yaydığı bəyanatda belə deyilir:
"Qalatasaray A.Ş.-nin etdiyi etiraz rədd edildi. Nəticədə UEFA Nəzarət, Etika və İntizam Şurasının 20 mart 2024-cü il tarixli qərarı təsdiqlənib.
UEFA “Qalatasaray”ın apellyasiya şikayətini rədd edib və Okan Buruk, Kaan Ayhan və Serhat Doğanın cəzaları təsdiqlənib”.
Digər tərəfdən, eyni matçda qırmızı vərəqə alan Kaan Ayhan 1, performans analitiki Serhat Doğan isə hücuma görə 3 oyunluq cəzalanıb.
Günel Məlikzadə