-
- 13-09-2024, 14:07
- 478
19 yaşlı gəncin şübhəli ölümü: Qətl yoxsa ? - FOTOlar
Türkiyədə 19 yaşlı gənc avtomobilində başından güllələnmiş vəziyyətdə tapılıb.
News24.az NTV-yə istinadən xəbər verir ki, avtomobildə bir nəfərin hərəkətsiz vəziyyətdə olduğunu görən yerli sakinlər vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildirib və kömək istəyiblər.
Xəbər üzərinə çoxlu jandarma və sağlamlıq qrupları bölgəyə sövq edilib. Əraziyə gələn qruplar avtomobildə olan şəxsin başından güllə yarası aldığını və öldüyünü müəyyən ediblər.
Jandarma qrupları apardıqları araşdırma zamanı həmin şəxsin 19 yaşlı Halilhan K olduğunu müəyyən edib.
Prokurorluğun başlatdığı istintaq davam edərkən, jandarma qrupları hadisənin intihar və ya qətl olduğunu müəyyən etmək üçün araşdırmalarını davam etdirir.
Günel Məlikzadə