Ucarda ağır qəza CAN ALDI
    • Bu gün, 21:27
    • 7 449

Ucarda ağır qəza CAN ALDI


Ucarda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Ucarın Təzə Şilyan kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, Ucar-Bakı istiqamətində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini Elçin İsmayılovu vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.