Ucarda avtomobil piyadanı vurdu - VİDEO
    • 1-07-2020, 18:38
    • 928

Ucarda avtomobil piyadanı vurdu - VİDEO

Ucarda piyada yol qəzasında ağır xəsarət alıb. 

Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ucar şəhərinin Azərbaycan küçəsində baş verib. Ucar rayonunun Ənvər Məmmədxanlı kənd sakini, 1986-cı il təvəllüdlü Ramil Salik oğlu Əliyev idarə etdiyi "Lada-priora" markalı minik maşını ilə yolu keçmək istəyən piyada, rayonun Qaracallı kənd sakini, 1980-cı il təvəllüdlü Zülfi İsgəndərovu vurub. 

Zərərçəkən ağır vəziyyətdə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. /Report/