Ən yüksək maaş alan  dövlət rəhbərləri - SİYAHI
    • 6-10-2024, 21:56
    • 790

Ən yüksək maaş alan dövlət rəhbərləri - SİYAHI


Ən çox maaş alan dünya lideri Sinqapurun baş naziri Lourens Vonqdur.

News24.az Lent.az-a bildirir ki, bu barədə “Forbes” “PoliticalSalaries” hesablamalarına istinadən yazır.

Saytın məlumatına görə, siyasətçinin maaşı ildə təxminən 1,69 milyon dollardır. Qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin bu reytinqdə 28-ci yeri tutur. Onun əmək haqqı 113,6 min dollardır.

İsveçrə prezidenti Viola Amherd ən yüksək maaş alan dünya liderləri siyahısında ikinci yeri tutub. Onun maaşı ildə 569,5 min dollardır. 

Üçüncü yerdə illik 412,5 min dollar maaşla Avstraliyanın baş naziri Entoni Albaniz qərarlaşıb. 

Sonrakı yerdə illik gəliri 400 min dollar olan ABŞ prezidenti Co Bayden gəlir.

Beşinci yerdə ildə 316,7 min dollar maaşla Avstriya kansleri qərarlaşıb. 

Siyahıda altıncı yeri ildə 310,5 min dollar illik gəlirlə Yeni Zelandiyanın baş naziri Kristofer Lakson tutur. 

Daha sonra ildə 310,5 min dollar maaşla Kanadanın baş naziri Castin Tryudodur. 

Almaniya kansleri Olaf Şolts səkkizinci yerdədir. Onun illik gəliri 293,3 min dollardır. 

Doqquzuncu yerdə illik 276,4 min dollar maaşla Yaponiyanın baş naziri Şiqeru İşiba qərarlaşıb. 

İrlandiyanın baş naziri Saymon Harris ən yüksək illik gəlirlə ilk onluğu bağlayır. Onun illik gəliri 267,3 min dollardır.