Paraşüt qəzasında ölən şəxs həkim imiş - FOTO
    • Bu gün, 10:05
    • 303

Paraşüt qəzasında ölən şəxs həkim imiş - FOTO

Qubanın Qırız Dəhnə kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az Shimal.News-a istinadən xəbər verir ki, oktyabrın 6-sı 38 yaşlı Şamo Mehdizadə dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb və dünyasını dəyişib.

Bildirilir ki, mərhum uzun müddət həvəskar şəkildə paraplan idman növü ilə məşğul olub. Özü isə ixtisasca diş həkimi idi.

Faktla bağlı araşdırma aparılır.