İsrail səfirliyi yaxınlığında yeni partlayış BAŞ VERDİ
    • 7-10-2024, 15:59
    • 238

İsrail səfirliyi yaxınlığında yeni partlayış BAŞ VERDİ

İsrailin oktyabrda Qəzzaya hücumlarının ildönümündə Danimarkada Kopenhagen səfirliyi yaxınlığında partlayış baş verib.

News24.az NTV-yə istinadən xəbər verir ki, polis partlayışın səfirliyin təxminən 500 metrliyində baş verdiyini açıqlayıb.

Mövzu ilə bağlı açıqlamasında Kopenhagen polisi Trine Moller 5 gün əvvəl baş verən partlayışı xatırladaraq, “Əlbəttə ki, əvvəlki partlayışla bu partlayış arasında əlaqə olub-olmadığını araşdırırıq. Amma bu istiqamətdə heç bir işarə yoxdur” deyib.

Moller partlayışın güllə səsi ola biləcəyini də bildirib.

Xatırladaq ki, oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagenin şimalında İsrail səfirliyi yaxınlığında iki partlayış baş verib. Polis hadisədə xəsarət alanların olmadığını bildirib və partlayışla bağlı 2 nəfərin saxlanıldığını açıqlayıb.

Günel Məlikzadə