ABŞ səfirliyi Bakıdakı partlayışla bağlı başsağlığı verdi
    • 4-04-2022, 11:13
    • 750

ABŞ səfirliyi Bakıdakı partlayışla bağlı başsağlığı verdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda gecə klubunda baş verən partlayışla bağlı başsağlığı verib.

News24.az-ın məlumatına görə, bu barədə səfirlik "Twitter" səhifəsində paylaşım edib.

“Aprelin 3-də baş vermiş partlayış nəticəsində həlak olanları yad edir, onların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik", - paylaşımda deyilir.

Qeyd edək ki, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Location” gecə klubunda baş vermiş partlayış zamanı 1 nəfər ölüb, 31 nəfər yaralanıb.