-
- 7-10-2024, 16:26
- 276
Antarktidada bitki örtüyü dəyişir - DÜNYADA NƏ BAŞ VERİR
İqlim dəyişikliyi səbəbindən temperaturun artması dünyanın ən soyuq bölgəsi olan Antarktidaya da təsir edib.
News24.az xəbər verir ki, iqlim böhranının izlərinin göründüyü bölgələr arasında yer alan Antarktidada bitki örtüyü sürətlə dəyişir.
İngilis alimlərinin "Nature Geoscience" jurnalında dərc etdiyi araşdırmada peyk görüntülərinin təhlili göstərir ki, qitədəki bitki örtüyü son qırx ildə çox dəyişib.
Qeyd edək ki, 1986-cı ildə Antarktika yarımadasının bitki örtüyü bir kvadrat kilometrdən az ərazini əhatə edirdisə, 2021-ci ildə bu sahə 12 kvadrat kilometrə qədər artır. Mütəxəssislər qlobal istiləşmə səbəbindən Antarktidada yaşıllaşdırmanın davam edəcəyini proqnozlaşdırırlar.
Günel Məlikzadə