1,5 milyon insanın izlədiyi şou zamanı sıxlıq - ölənlər var
    • Dünən, 22:13
    • 157

1,5 milyon insanın izlədiyi şou zamanı sıxlıq - ölənlər var

Hindistanın Çennai şəhərində Hindistan Hərbi Hava Qüvvələrinin yaradılmasının 92-ci ildönümü çərçivəsində keçirilən hava şousuna minlərlə insan axın edib. 

News24.az xəbər verir ki, Marina Beach-də keçirilən şounu ən azı 1,5 milyon insan izləyib. 

Təşkilatlamanın düzgün aparılmaması səbəbindən vağzallarda izdiham yaranıb. Havanın temperaturu 35 dərəcəyə çatdığından onlarla insan xəstəxanaya yerləşdirilib, ən azı 5 nəfər istidən dünyasını dəyişib.

Yerli mətbuatın yazdığına görə, tədbirin keçirildiyi ərazidə içməli su kifayət qədər olmayıb və izləyicilər həddən artıq sıxlıq səbəbindən əraziyə çatmaq üçün uzun məsafə qət etməli olublar. Avtobus və qatarlarda sıxlığın saatlarla davam etdiyi də bildirilib.

Məryəm İlhamqızı