Zaqatalada sahibsiz itlər dərsə gedən məktəbliyə hücum ediblər
    • Bu gün, 00:51
    • 119

Zaqatalada sahibsiz itlər dərsə gedən məktəbliyə hücum ediblər


Zaqatalada sahibsiz itlər dərsə gedən məktəbliyə hücum ediblərZaqatalada itlər məktəbliyə hücum ediblər.

Bu barədə lent.az-a hücuma məruz qalan məktəblinin anası Vəfa Musayeva məlumat verib.

Onun sözlərinə görə, rayonun mərkəzi küçələri sahibsiz itlərlə doludur.

"Hara baxırsan sahibsiz itdir. İnsanlar sərbəst hərəkət etməyə qorxurlar. Oğlum Ruzi Əliyev də səhər məktəbə gedərkən meydan adlanan ərazidə sahibsiz itlərin hücumuna məruz qalıb. Nəticədə uşaq çoxsaylı xəsarətlər alıb. Ərazidə olan insanlar olmasaydı, oğlumu itlər parçalaya bilərdi. Tez götürüb xəstəxanaya apardıq, iynə vurdular. İndi vəziyyəti normaldır. Xahiş edirik, küçələrdəki sahibsiz itlərə bir əncam çəksinlər. Bununla bağlı ciddi tədbir görülməlidir. Belə olmaz".

Qeyd edək ki, Ruzi Əliyev Zaqatala şəhər 1 saylı orta məktəbin səkkizinci sinif şagirdidir.