Tanınmış aktyorun səhhəti pisləşdi
    • Bu gün, 00:52
    • 140

Tanınmış aktyorun səhhəti pisləşdi


Tanınmış aktyorun tamaşadan əvvəl halı pisləşdiMəşhur aktyor Müjdat Gezenin səhhətində problem yaranıb.

BAKU.WS xəbər verir ki, o Muğla şəhərində tamaşaya hazırlaşıb. Lakin tamaşadan əvvəl halı pisləşib və dərhal xəstəxanaya yerləşdirilib.

Muğla Büyükşehir Bələdiyyəsinin yaydığı məlumatda, aktyorun səhhəti səbəbilə tamaşasının yarım qaldığı qeyd edilib:

"31 Muğla Mədəniyyət və İncəsənət Festivalında təşkil edəcəyimiz Müjdat Gezenin tamaşası, onun yaşadığı sağlamlıq problemləri səbəbindən ləğv edilib. Artıq evində istirahət edən sənətkarımıza şəfa arzulayırıq".