-
- 8-10-2024, 09:52
- 541
Əməkdar artist Rozaya ELƏ BİR ŞEY TƏKLİF ETDİ ki....
Uzun müddətdir əməkdar artist Elza Seyidcahanla küsülü olan Roza Zərgərli barışıq addımı atıb.
News24.az Titul.az-a istinadla xəbər verir ki, amma bu addım küsülü tərəflər arasında daha böyük fəlakətlə yekunlaşacaqdı.
Bu barədə elə Roza özü məlumat verib. O bildirib ki, bayramlardan birində Elza onun barışıq addımına qarşı verdiyi reaksiya ilə olub-qalan hörməti də itirmiş oldu:
"Dedim bacınızı da, nəvənizi də, sizi də eksklüziv təbrim etmək istəyirəm. Mənə dedi ki, "Mənlə barışmaq istəyirsən? Öp əlimdən".
Roza bildirib ki, həmin an masada olan çayniki Elza Seyidcahana atsa da ondan yan keçib: "Allah üzümə baxdı ki, ona dəymədi".