-
- 8-10-2024, 12:49
- 11 048
Əhaliyə ŞAD XƏBƏR - Pensiyalar artacaq
"Pensiyaların atımı ilin sonuna qədər həyata keçiriləcək".
Bunu News24.az-a açıqlamasında iqtisadçı Emin Qəribli bildirib. O qeyd edib ki, pensiyalar 10 faiz civarında arta bilər: "Sonuncu dəfə 2023-cü ildə pensiya məbləği artırılmışdı. 2023-cü ildə inflyasiyanın səviyyəsi 10 faiz olmuşdu ki, bunun da çox vaxt artım səbəbləri qiymət artımına görə olub. Təbii ki, bu əhalinin alıcılıq qabiliyyətinə təsir edən amillərdən biridir. Ancaq bu il infilyasiya yüksək olmayıb. Hazırda dəqiq faiz demək çətindir, ancaq digər prizmalardan yanaşsaq, bu faiz daha da çox ola bilər.
Ancaq qeyd etmək lazımdır ki, mütəmadi pensiyalarla indeksasiya həyata keçirilir, bu pensiyaçılara daha çox təsir edir, nəinki minimum pensiyaların məbləği. Digər tərəfdən baxsaq il ərzində mütəmadi olaraq nominal əmək haqqının artırılma tempinə uyğun olaraq indeksasiya keçirilir və pensiyaçılar o artımı ala bilirlər. Ancaq minimum əmək haqqının artımı elə də çox təsir etmir. İstənilən halda qeyd etdiyimiz pensiyaların artımı ilin sonuna qədər həyata keçiriləcək. Bununla bağlı cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı var, hökumət qurumları müvafiq tədbirlər görməlidir, təkliflər verməlidir. Hesab edirəm ki, müəyyən dərəcədə artırılacaq və bu da alıcılıq səviyyəsinə təsir edəcək.",
Ağa