İşçi "sənət əsərini" zibilə ATDI
    • 8-10-2024, 15:27
    • 243

İşçi "sənət əsərini" zibilə ATDI

Rəssam Aleksandr Lavetin iki əzilmiş pivə qutusuna bənzəyən əsəri Hollandiyada muzey işçisi tərəfindən atılıb.

News24.az xəbər verir ki, Hollandiyanın Lisse şəhərindəki LAM muzeyində işləyən mexanik gülməli səhvə yol verib. Mexanik iki boş pivə qutusuna bənzəyən sənət əsərini zibil sanaraq atıb.

Fransız rəssam Alexandre Lavetin "Biz birlikdə keçirdiyimiz bütün yaxşı vaxtlar" əsəri ilk baxışdan atılmış və əzilmiş iki pivə qutusuna bənzəyir.

Lakin yaxından nəzər saldıqda məlum olur ki, onlar əslində akril boyalarla titizliklə əl ilə boyanıblar və muzeyin bəyanatına görə, “yaratmaq üçün çox vaxt və səy tələb ediblər”.

Kurator Elisah van den Bergh qısa fasilədən sonra qayıdanda qutuların əskik olduğunu gördü. Əsərlər tullanmaq üzrə olduğu üçün onları vaxtında zibil torbasından çıxarıb.

Günel Məlikzadə