-
- 8-10-2024, 23:25
- 548
Kiberhücum: İdman klublarının saytları "sındırıldı"
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydenin İsrailə geniş miqyaslı kiberhücumlara çağırışından sonra hakerlərin İsraildəki idman saytlarına sızdığı iddia edilib.
News24.az Kanal 14-ə istinadən xəbər verir ki, hakerlər böyük klubların, basketbol, həndbol və üzgüçülük federasiyalarının internet səhifələrinə sızıblar.
Hack edilmiş saytlar arasında Maccabi Tel Aviv, Hapoel Tel Aviv, Maccabi Rishon Lezion və Hapoel Beersheba futbol klubları, həmçinin basketbol, həndbol və üzgüçülük federasiyaları var.
Saytlarda arxa planda Məscidül-Əqsa, öndə “Qəza Əbədi” (QAZA 4 EVER), “Müharibə başladı, hazır ol” sözləri və Əbu Ubeydənin şəkli yer alıb.
Xəbərdə şəkillərin silindiyi, lakin saytların sındırılması nəticəsində dəyən ziyanın miqyasının hələ müəyyən edilmədiyi bildirilib.
Məryəm İlhamqızı