-
- 8-10-2024, 18:36
- 932
Bakı sakinlərindən cərimələrin artırılmasına ŞOK reaksiyalar: "Daha da artsın!"
Məlum olduğu kimi ölkədə bir sıra cərimələr artırılır, cəzalar sərtləşdirilir. Məsələn, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə 50 manatdan 300 manatadək artırılıb. Buna görə vəzifəli şəxslər min manat, hüquqi şəxslər isə dörd min manat məbləğində cərimə olunacaq.
Tütün məmulatları tullantılarının da ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata artırılıb. Təkrar törədildikdə 700 manat cərimə olunacaq, 60 saatdan 100 saatadək ictimai iş cəzası veriləcək.
Bundan başqa, qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə görə də cərimələr dəfələrlə artırılır, cəzalar sərtləşdirilir.
Bəs vətəndaşlar bu cərimələr barəsində nə düşünür?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik: