“Oppenheimer”ın rejissorundan yeni film
    • Dünən, 20:23
    • 237

“Oppenheimer”ın rejissorundan yeni film

Filmlərində istifadə etdiyi zaman anlayışı və müasir texnikalarla oynaması ilə tanınan Kristofer Nolan yeni filminin hazırlıqlarına başlayıb.

News24.az xəbər verir ki, ssenarisini özü yazdığı filmdə həyat yoldaşı Emma Tomas ilə də prodüserlik edəcək usta adı yenidən Universal Pictures ilə çalışacaq.

Matt Damon 17 iyul 2026-cı ildə ekranlara çıxması planlaşdırılan yeni filmdə rol almaq üçün danışıqlar aparır. Deymon Nolanla "Interstellar" və "Oppenheimer" filmlərində də çalışıb.

Hələ adı və süjeti bəlli olmayan Kristofer Nolanın yeni filmi ilə bağlı yeganə ipucu onun Oppenheimer qədər tutqun olmayacağıdır. Çünki məşhur rejissor bundan əvvəl növbəti filmində bu ifadələri işlətmişdi.

Günel Məlikzadə