Məsciddə 81 yaşlıya kişiyə HÜCUM ETDİ
    • Dünən, 21:13
    • 273

Məsciddə 81 yaşlıya kişiyə HÜCUM ETDİ

Ankarada məsciddə könüllü təmizlik edən 81 yaşlı Halil Şahinə arxadan yaxınlaşan G.A (35) dəyənəklə hücum edib.

News24.az xəbər verir ki, Şahini dəyənəklə vurduqdan sonra onu yerə sürükləyən G.A daha sonra qaçıb.

Ağır yaralanan Şahin təcili yardımla xəstəxanaya aparılıb.

Bir müddət əvvəl psixiatriya xəstəxanasında müalicə aldığı iddia edilən G.A.  polis tərəfindən tutulub.

Günel Məlikzadə