Meymun hücumu: Evdən qaçıb, gənc qızı dişlədi
    • 29-08-2024, 22:10
    • 195

Meymun hücumu: Evdən qaçıb, gənc qızı dişlədi

Çorumda meymunun dizindən dişləməsi nəticəsində yaralanan gənc qız xəstəxanaya aparılıb.

News24.az xəbər verir ki, evdən qaçan meymun işə getmək üçün yolu keçən 19 yaşlı Buse E.S-ə hücum edib.

Yaralanan Buse E.S təcili yardımla xəstəxanaya aparılıb.

Gənc qız müalicəsinin ardından evə buraxılıb.

Ərazidən uzaqlaşan meymunu tutmaq üçün Baytarlıq İşləri Müdirliyi qrupları tərəfindən əməliyyat başladılıb.

Günel Məlikzadə