Bu ərazidə də ödənişli parklanma sistemi TƏTBİQ EDİLDİ
    • Bu gün, 13:14
    • 198

Bu ərazidə də ödənişli parklanma sistemi TƏTBİQ EDİLDİ

Bakının Mərdanov qardaşları küçəsində 1 məntəqədə ödənişli parklanma sistemi tətbiq edilib.

News24.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, həmçinin Agentlik paytaxtın Alı Mustafayev küçəsində 17 yerlik parklanma məntəqəsi üçün nişanlanma işləri başa çatıb.

Bildirilir ki, bundan başqa, Bakının Mərdanov qardaşları, Yusif Məmmədəliyev və Alı Mustafayev küçələrindəki parklanma məntəqələrində 5 yeni məlumat lövhəsi yol nişanı quraşdırılıb.