-
- 25-08-2018, 15:28
- 1 028
Sürücülərin DİQQƏTİNƏ! - Cərimə oluna bilərsiniz
Paytaxtın Füzuli küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolağının üzərində təşkil edilən parklanma ləğv edilib.
Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq yolda duracaq yerinin olduğunu bildirən nişan götürülərək "dayanmaq qadağandır" nişanı ilə əvəz edilib.
Qeyd edək ki, şəhər yollarında nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində parklanma yerlərinin vəziyyəti ilə bağlı təhlillər aparılır. Uyğun olmayan yerlərdə təşkil edilən parklanma yerləri müəyyən edilərək ləvğ edilir. Həmçinin zərurət olan yerdə yenilərinin təşkili istiqamətində zəruri işlər görülür.