Rekordçu Rafael Nadal karyerasını başa vurdu
    • Bu gün, 19:46
    • 191

Rekordçu Rafael Nadal karyerasını başa vurdu

İdman karyerası boyu bir çox rekordlar qıran ispaniyalı raketka Rafael Nadal tennislə vidalaşıb.

News24.az xəbər verir ki, karyerasında 22 böyük dəbilqə çempionu olan 38 yaşlı Nadal sosial media hesabından paylaşım edərək karyerasını bitirdiyini açıqlayıb.

Karyerasının 30-cu böyük dəbilqə finalında 22-ci dəfə kortdan sevinclə ayrılan Nadal Fransa Açıq çempionatında oynadığı 14 finalın hamısında qalib gəlməyi bacarıb.

İspan futbolçu Fransa Açıq Çempionatında keçirdiyi 115 matçdan 112-də qalib gəlib.

Nadal turnirdə ilk məğlubiyyətini 2009-cu ildə 4-cü raundda isveçli Söderlinqə, ikincisini 2015-ci ildə 1/4 finalda Cokoviçə, üçüncü məğlubiyyətini isə 2021-ci ildə yarımfinalda Cokoviçə yaşayıb.

Günel Məlikzadə