Görmə məhdudiyyətlilərə ŞAD XƏBƏR! - yeni cihaz...
    • Bu gün, 16:12
    • 336

Görmə məhdudiyyətlilərə ŞAD XƏBƏR! - yeni cihaz...

İrlandiyada yerləşən Field of Vision startapı görmə qabiliyyəti zəif olan idman həvəskarlarına oyunları “hiss etdirən” portativ cihaz hazırlayıb. Dublində yerləşən şirkət bildirib ki, bu cihaz görmə məhdudiyyətli və zəif görən azarkeşlərə təkcə matçları dinləməyə deyil, həm də onları hiss etməyə imkan verir.

News24.az xəbər verir ki. meydançaya yerləşdirilən xüsusi kameralar süni intellektin köməyi ilə matçın mühüm anlarını izləyir və bu məlumatlar təxminən yarım saniyə ərzində planşet ölçülü cihaza ötürülür. 

Maqnit halqanın köməyi ilə istifadəçi barmağını sahənin formasına uyğun olaraq hazırlanmış cihaza istiqamətləndirir. Cihaz vibrasiya vasitəsilə topun mövqeyini və matç hadisələrini ötürür.

Qeyd edək ki, cihaz 2024-cü il mövsümündə Avstraliyadakı Marvel Stadionunda quraşdırılıb və 40 cihaz gələn mövsüm Avstraliya Futbol Liqasının (AFL) matçlarında satışa çıxarılacaq. Şirkət cihazı futboldan kənara çıxarmağı və digər idman növləri üçün də standart hala gətirməyi hədəfləyir.

Field of Vision hazırda Avropanın əsas liqalarında (İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliya) və ABŞ klubları ilə müqavilələr planlaşdırır. Klublar illik abunə modeli vasitəsilə süni intellekt texnologiyasına, kamera xidmətlərinə və cihazlara çıxış əldə edəcəklər.

Məryəm İlhamqızı