Azərbaycanda 18 tələbə ZƏHƏRLƏNDİ - SON DƏQİQƏ
    • 11-10-2024, 10:12
    • 757

Azərbaycanda 18 tələbə ZƏHƏRLƏNDİ - SON DƏQİQƏ

Qazaxda 18 tələbə dönərdən zəhərlənib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər.

Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, zəhərlənənlər Sabirabad rayon sakini 2003-cü il təvəllüdlü Ö. Rüstəmov, Tovuz rayon sakinləri 2007-ci il təvəllüdlü F.Rzayeva, 2001-ci il təvəllüdlü İ. Niyazova, Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü F. Süleymanova, Yevlax rayon sakini 2005-ci il təvəllüdlü F. Nəsibova, Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Ş. Məmmədova, 2005-ci il təvəllüdlü N. Hacıyevə Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü C. İsrafilov, Mingəçevir şəhər sakini 2007-ci il təvəllüdlü S. Əliyeva, Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü N. Əmirova, Beyləqan rayon sakini 2004-cü il təvəllüdlü R. Mədətov, Ağcabədi rayon sakini 2005-ci il təvəllüdlü M. Qasımova, Şamaxı rayon sakini 2003-cü il təvəllüdlü N. Məlikov, Qazax şəhər sakini 2006-cı il təvəllüdlü R. Məmmədliy, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü G. Bağırova, Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü M. Şahbazov, Goranboy rayon sakinləri 2004-cü il təvəllüdlü O. Cəfərov və 2005-ci il təvəllüdlü A. İsgəndərovadır. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırmalar aparılır.