Ölən oğullarının sperması ilə nəvə sahibi olmaq istədilər
    • 11-10-2024, 21:06
    • 695

Ölən oğullarının sperması ilə nəvə sahibi olmaq istədilər

Hindistanda bir cütlük ölən oğullarının dondurulmuş spermasından istifadə edərək nəvə sahibi olmaq uğrunda mübarizədə qalib gəlib. 

News24.az xəbər verir ki, Dehli Ali Məhkəməsi oğullarının sperma nümunəsinin onlara verilməsi qərarına gəlib. 

Gurvinder Singh və Harbir Kaur cütlüyü oğulları Preet Inder Singhin ölümündən sonra sperma nümunəsi almaq üçün müraciət ediblər, lakin Dehlidəki Ganga Ram Xəstəxanası bu tələbi rədd edib. Xəstəxana qanuni olaraq spermanı yalnız həyat yoldaşına verə biləcəyini iddia edib.

BBC-də yer alan xəbərə görə, 30 yaşlı Preet Inder Singh, 2020-ci ilin iyun ayında kimyaterapiya müalicəsinə başlamazdan əvvəl spermasını dondurub. Lakin müalicə uğurlu alınmayıb və Singh 2020-ci ilin sentyabrında ölüb.

Cütlük oğullarının nəslini davam etdirmək üçün onun spermasından istifadə edərək uşaq sahibi olmaq istədiklərini bildiriblər. 

Onların oğlu subay olduğu üçün məhkəmə valideynlərin qanuni varis hesab edildiyini və sperma hüququna malik olduğunu bildirib.

Kaur ailədəki bir qohumun surroqat(daşıyıcı) ana olmağa razılaşdığını və bu yolla nəvə sahibi olmağı planlaşdırdıqlarını bildirib.

Məryəm İlhamqızı