-
- 12-10-2024, 03:11
- 3 162
Kilosu 2000 manatdır: Diqqət!
Dünyada bahalı ədviyyatlar siyahısına daxil olan zəfəran Azərbaycan mətbəxində də geniş istifadə olunur.
New24.az Ölkə.Az-a istinadla xəbər verir ki, bu məhsul növündən asılı olaraq müxtəlif qiymətlərə təklif olunur.
Əsl keyfiyyətli zəfəranın qiyməti isə çox bahadır.
Buna görə də, tələbat olan bir çox məhsullar kimi təəssüf ki, zəfəranın da saxtası hazırlanır.
Bu barədə sosial şəbəkələrin Türkiyə seqmentində 1 neçə gün əvvəl yayımlanan video narahatlıq doğurub.
Videoda qarğıdalı saçağının qurudularaq qırmızı rəngə boyanması və qayçı ilə doğranması öz əksini tapıb.
Sözügedən video 1 milyona yaxın baxış toplayıb.
Qeyd edək ki, bu cür saxta məhsulun yerli bazarlarda olub-olmaması barədə hər hanısı bir məlumat yoxdur.
Xatırladaq ki, dünyadakı zəfəranın çox hissəsi İrandan gəlir. Buna görə də İran dünyada zəfəranın qiymətinin sürətini müəyyən edir.
Ümumiyyətlə, kommersiya alıcıları üçün zəfəranın idxal qiyməti son illər 1 kq-ı 600-1200 ABŞ dolları, istehlakçılar üçün isə qramı 3-8 ABŞ dolları təşkil edir. O, hər hansı digər kənd təsərrüfatı məhsulları kimi bazar şərtlərinə uyğun olaraq dəyişir. Bu, həm də zəfəranın növündən asılıdır, üst sort vizual olaraq daha yaxşı görünür, daha yaxşı dad, rəng və ətir xüsusiyyətlərinə malikdir.
Qlobal miqyasda, hər bir ölkənin pərakəndə satış bazarında fərqli qiymətləri var və bu, daha sabit olmağa meyllidir. Yenə də zəfəranın növündən asılıdır.
Dünyada zəfəranın pərakəndə satış qiymətləri: Avropada (İspaniya, Fransa, İtaliya və s.) hər qram üçün 6 ABŞ dolları, Asiya (Vyetnam, Çin, Hindistan və s.) hər qram üçün 3 dollar, ABŞ hər qram üçün 8 dollar, Yaxın Şərq (Səudiyyə Ərəbistanı, BƏƏ, İran və s.) qram başına 1 dollardır.