-
- 1-04-2024, 22:12
- 614
Dünyanın ən bahalı ədviyyatı haqqında MARAQLI FAKTLAR
YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan və “dünyanın ən bahalı ədviyyatı” adlandırılan zəfərandan 1 kiloqram məhsul əldə etmək üçün 170 min çiçək lazımdır.
News24.az musavat.com-a istinadla xəbər verir ki, zəfəran boya, qida, kosmetika və tibb kimi bir çox sahələrdə istifadə olunur.
Hüceyrə yenilənməsi, yaddaşın gücləndirilməsi, astma və tənəffüs xəstəlikləri, həzm və diş ətinin gücləndirilməsi kimi bir çox təsiri olan zəfəran bitkisi avqust ayında əkilir və uzunluğu 15-30 santimetrə çatdıqda oktyabr-noyabr aylarında yığılır.
Zəfəran həmçinin maddələr mübadiləsini sürətləndirir və bədənin müqavimətini artırır. Xərçəng və "Alzheimer" xəstəliyi ilə mübarizədə də geniş istifadə olunur.
Tibbi araşdırmalar nəticəsində məlum olub ki, zəfəran depressiya vəziyyətində olan insana da müsbət təsir göstərir. Zəfərandan ürək-damar xəstəliklərinin müalicəsində də istifadə edilir. Araşdırmalara görə, zəfəran antioksidant təsiri ilə qan təzyiqini normallaşdırır, damarlarda və ürəkdə əmələ gələn tromblaşmanı aradan qaldırır. Zəfəran bitkisi göz problemlərinin müalicəsində də böyük rol oynayır. Zəfəran bitkisi gözlə bağlı bir sıra infeksion xəstəliklərin müalicəsində də mühüm təsirə malikdir.
Qeyd edək ki, Azərbaycan dilindən başqa ərəb dilində də bu bitkiyə "zəfəran" deyilir. İspanca "azafran", ingiliscə "saffron", fransızca "safrane", italyanca "zaferano" və hind dilində "zuffron" adlanır. Dünyada zəfəranın 70 cinsinə aid 1800 növü məlumdur.
Türkiyənin Safranbolu vilayətində də 3500 illik tarixə malik olan zəfəran Bizans dövründə Qərbi Anadoluda ticarət edilib, Osmanlı dövründə də əhəmiyyətini qoruyub saxlayaraq “milli bitki” adını alıb və coğrafi göstəricisi Avropa Birliyi Komissiyası tərəfindən qeydə alınıb.
Türkiyədə zəfəran istehsalçısı olan İsmail Yılmaz, zəfəranın necə əkib-becərilməsi və onun faydaları haqqında maraqlı məlumatlar verib.