-
- 11-10-2024, 17:56
- 384
Qəzada ayağını itirdi: sürücülük vəsiqəsi ləğv olundu
Doningtonda qəzaya uğradıqdan sonra hər iki ayağını itirən ingilis yarış pilotu Billi Monqer 49 gün müddətinə sürücülük hüququndan məhrum edilib və ehtiyatsız idarə etdiyinə və avtomobil parkında törətdiyi qəzaya görə 2694 funt sterlinq cərimə olunub.
News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə 2024-cü il yanvarın 19-da axşam saatlarında baş verib. Monger qara rəngli “Toyota Supra” markalı avtomobili təxminən 50 km/saat sürətlə idarə edib, lakin dayanmış avtomobillərə – iki “Volkswagen” və bir “Citroen”ə çırpılıb.
Qeyd edək ki, Monger 2016-cı ildə Britaniya Formula 4 yarışında debüt edən britaniyalı sürücüdür.