-
- 12-10-2024, 12:26
- 512
Zəngəzur yoluna nəzarət verilə bilər - Təcili
Rusiya FTX nümayəndələrinə yalnız Zəngəzurda yola nəzarət funksiyası verilə bilər.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Dünyanın kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” adlı konfransda çıxışı zamanı deyib.
O, 9 (10) noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndindən sitat gətirib, “Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirir” cümləsinə diqqət yetirib:
“Bu yaxınlarda müəyyən dairədə bu məsələ səsləndi və mən soruşdum ki, bu nə deməkdir, kim izah edə bilər ki, nə başa düşülür. Bu o deməkdir ki, Rusiya Federasiyasının nümayəndələrinə Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini müşahidə etmək üçün hansısa monitorinq funksiyası verilə bilər”.
O iddia edib ki, bəyanatdakı bəndlərin heç biri Ermənistanın suveren hüquqlarına hər hansı məhdudiyyəti nəzərdə tutmur.