-
- 12-10-2024, 20:57
- 781
“Mançester Yunayted”din soyunub-geyinmə otağında XƏFİYYƏ
İngiltərə Premyer Liqasının VII turunun “Aston Villa” ilə səfər matçından (0:0) əvvəl “Mançester Yunayted” futbol klubunun paltardəyişmə otağına dinləyici qurğu qoyulub.
News24.az İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə “Sun” qəzeti yazır dərc edib.
Birmingemdəki Villa Parkda qonaq soyunub-geyinmə otağına daxil olan naməlum şəxs səsyazma cihazını gizlədib.
Həmin şəxsin İngiltərə çempionatı matçları öncəsi klubun baş məşqçisi Erik ten Haqın komandanı kökləməsinə qulaq asmaq istəyən “Mançester Yunayted” azarkeşi olduğu iddia edilir.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 7 turundan sonra “Mançester Yunayted” 8 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.