-
- 12-06-2024, 14:53
- 435
"Mançester Yunayted"in Ten Haq qərarı
İngiltərə Premyer Liqasında pis mövsüm keçirən "Mançester Yunayted" baş məşqçisi Erik ten Haqın gələcəyi ilə bağlı qərarını verib.
News24.az The Athletic-ə istinadən bildirir ki, Mançester komandasının menecerlərinin mövsüm sonu qiymətləndirməsindən sonra Erik ten Haqın komandanın rəhbəri olacağına qərar verdiyi iddia edilib.
Bildirilib ki, hollandiyalı çalışdırıcı ilə yeni müqavilə ilə bağlı danışıqlar tezliklə başlayacaq.
Qeyd edək ki, ötən mövsüm 60 xalla Premyer Liqanı 8-ci pillədə başa vuran "qırmızı şeytanlar" Çempionlar Liqası ilə qrup mərhələsində vidalaşıb.
Mançester Yunayted, “Mançester Siti”ni 2:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasına vəsiqə qazanıblar.
Günel Məlikzadə