-
- 12-10-2024, 14:12
- 615
Paşinyandan SON DƏQİQƏ Zəngəzur AÇIQLAMASI
"Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələrinə yalnız Sünikdə yola nəzarət funksiyası verilə bilər”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Dünyanın kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” adlı konfransda çıxışı zamanı deyib.
O, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndindən sitat gətirib:
“Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirir”.
“Bu təklif bu yaxınlarda müəyyən dairədə səsləndi və mən soruşdum ki, bu nə deməkdir, Rusiya Federasiyası prezidentinin 10 dekabr 2020-ci il tarixli fərmanını kim izah edə bilər? Bu o deməkdir ki, Rusiya Federasiyasının nümayəndələrinə Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini izləmək üçün hansısa monitorinq funksiyası verilə bilər”, - Paşinyan qeyd edib.