Bakıda yanğınla əlaqədar hərəkət məhdudlaşdırıldı - Foto
    • 23-06-2019, 11:47
    • 831

Bakıda yanğınla əlaqədar hərəkət məhdudlaşdırıldı - Foto

Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində hərəkət qismən bərpa edilib.
Bu haqda News24.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 

***
11.19
Qara Qarayev prospektindəki (metronun “Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində ("X-Lady" mağazası) baş verən yanğınla əlaqədar qeyd edilən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb.
Bu səbəbdən də 11;12;7A:15;22;30;32;35;36;40;44;49;50;51;57;60;62;64;81;103;105;141;214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metroduna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib.