-
- 15-10-2024, 16:16
- 514
İtkin düşən iranlı komandir üzə çıxdı
İranlı general İsmayıl Kaaninin sui-qəsd nəticəsində öldürüldüyü, hətta onun dindirilmə zamanı infarkt keçirdiyini iddia edənlər olub. İran İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandiri İsmayıl Qaani təxminən iki həftə sonra ilk dəfə görüntülənib. Kaani Beyrutda İsrailin hücumunda şəhid olan Qüds Gücü komandir müavini Abbas Nilfuruşanın dəfn mərasimində iştirak edib.
News24.az xəbər verir ki, briqada generalı Nilfuruşan İsrailin Hizbullah lideri Nəsrullahı hədəf alan hücumunda həlak olub. Nilfuruşan üçün mərasim ilk dəfə İraqda keçirilib.
Kərbəlada izdihamın çiyinlərində daşınan cənazəsi nəhayət Tehrana göndərilib. Haqqında bir sıra iddialar irəli sürülən Kaani Nilfuruşanın Tehrana gətirilən cənazəsinin qarşılanma mərasiminə qatılıb.
Mərasimdə Kaani ilə yanaşı bir çox İran siyasi və hərbi rəsmiləri də iştirak edib. İsmayıl Kaani mərasimdə göz yaşlarını saxlamaqda çətinlik çəkib.
Günel Məlikzadə