"ABŞ konsulluğa hücuma görə məsuliyyət daşıyır"
    • 6-04-2024, 13:25
    • 400

"ABŞ konsulluğa hücuma görə məsuliyyət daşıyır"

İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib ki, İsrailin İranın Dəməşqdəki konsulluğuna təşkil etdiyi hücumun əsas məsuliyyəti ABŞ daşıyır.

News24.az xəbər verir ki, Baqiri, İsrailin Suriyaya hücumunda həlak olan İnqilab Keşikçiləri Ordusunun Qüds qüvvələrinin komandanı briqada generalı Məhəmməd Rza Zahidinin İsfahanda təşkil edilən dəfn mərasimində çıxış edib.

Dəməşqə hücumda Zahidi və onu müşayiət edən iranlı əsgərlərin öldürülməsinin İsrailin sonunu sürətləndirdiyini müdafiə edən Bakıri, İsrailin hücumunun cavabsız qalmayacağını bildirib.

İran Baş Qərargah rəisi: "Dəməşq hücumunun əsas məsuliyyətlisi ABŞ-dır və o, cavab verməlidir" dedi.

Xatırladaq ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla 7 nəfər həlak olub. Hücumda 6 Suriya vətəndaşının həyatını itirdiyi də bildirilib.

Günel Məlikzadə