Corabla yatmaq ziyandır? - AÇIQLAMA
    • 15-10-2024, 17:01
    • 1 315

Corabla yatmaq ziyandır? - AÇIQLAMA

Yuxu vərdişlərinə gəlincə, insanlar ümumiyyətlə iki qrupa bölünür: corabla yatmağa üstünlük verənlər və yataqda corabını ayaqda saxlamağa dözə bilməyənlər. 

News24.az xəbər verir ki, həkimlər hansı vərdişin daha sağlam olduğunu açıq şəkildə ifadə etməsələr də, corabla yatmağın bir üstünlüyü var.

Mütəxəssislər qeyd ediblər ki, aşağı ətrafların (aşağı bədən) istiləşməsi yuxusuzluqla mübarizənin effektiv üsuludur.

Bu, corabla yatağa gedən iştirakçıların gecə ayaqyalın gedənlərə nisbətən orta hesabla daha tez yuxuya getdiyini göstərən araşdırmalarla təsdiqlənib.

Mütəxəssislər bunun səbəbinin corabların ayaqları qızdırması, damarları genişləndirməsi və buna görə də qan dövranına müsbət təsir etdiyini bildirir.

Məryəm İlhamqızı