-
- 16-10-2024, 08:44
- 838
84 yaşında ata olmaq "əyləncəlidir"
Kino tarixinin ən böyük aktyorlarından sayılan Al Paçino avtobioqrafik kitabında uşaqlıq illərindən, aktyorluq macərasından və 84 yaşında dördüncü dəfə ata olmaq təcrübəsindən danışıb.
News24.az BBC-yə istinadən xəbər verir ki, 84 yaşlı aktyor anasının ona dediyi ləqəbdən ilhamlanaraq tərcümeyi-halına “Sonny Boy” adını verib.
Dog Day Afternoon, Heat və Irish Man kimi bir çox filmdə rol alan Paçino deyir ki, 83 yaşında dördüncü dəfə uşaq sahibi olması kitabı yazmaq qərarında qismən təsirli olub.
Bildirək ki, Paçinonun ötən il doğulan oğlu Romanın indi 16 aylıqdır.
Kitab həmçinin körpəyə atası Paçinonun həyatı haqqında daha çox məlumat əldə etmək imkanı təklif etmək məqsədi daşıyır.
"Mən bu uşağın yanında olmaq istəyirəm. Ümid edirəm ki, səhhətim yaxşı olar və o, atasının kim olduğunu bilər" dedi.
Ömründə heç vaxt evlənməmiş Paçino artıq Romanın anası, prodüser Noor Alfallahla birlikdə deyil. Buna baxmayaraq, ikili uşaq üçün məsuliyyəti bölüşməyə davam edir.
Oğlu ilə ünsiyyətinin daha çox internet və telefon üzərindən olduğunu ifadə edən Paçino, "Onun etdiyi hər şey realdır. Onun etdiyi hər şey mənə maraqlı görünür. Söhbət edirik. Mən videozəng zamanı qarmon çalıram və beləcə ünsiyyətdə oluruq. Əyləncəlidir" deyib.
Günel Məlikzadə